Hart: "Braziliyaya yalnız qələbə üçün gedirik"
İngiltərə yığmasının qapıçısı Co Hart qarşıdakı dünya çempionatı haqda fikirlərini bildirib.

Təcrübəli qolkiper "goal.com"a açıqlamasında İngiltərə millisinin Braziliyaya yalnız qələbə üçün gedəcəyini deyib:

"İngiltərə Braziliyaya yalnız qələbə üçün gedəcək. Başqa yolumuz yoxdur. Komandanın qarşısına maksimum nəticə qoyulub. Futbolçular özlərinə və komandaya inanmalıdırlar. Yalnız bunun sayəsində hansısa uğura nail ola bilərik. İngiltərə millisində xeyli gənc futbolçu var. Onlar yüksək səviyyədə oyun nümayiş etdirirlər. Braziliyada yüksək hərarətə və rütubətə hazır olmalıyıq. Qrupda güclü komandalarla qarşılaşacağıq. Lakin onu deyim ki, dünya çempionatında asan qrup olmur".

Qeyd edək ki, D qrupunda qərarlaşan İngiltərə millisi Uruqvay, Kosta Rika və İtaliya yığmaları ilə mübarizə aparacaq.

Xəbər 898 dəfə oxundu.