Hollandiya Braziliyaya ciddi itki ilə yollanacaq
Hollandiya millisi gələn ay başlanacaq dünya çempionatına ciddi itki ilə yollanacaq.

31 yaşlı Rafael van der Vart bud nahiyyəsindəki zədə səbəbindən heyətdən çıxarılıb.

O, komandanın son üç gündə keçirilən məşqlərində iştirak edə bilməyib.

Qeyd edək ki, Hollandiya millisinin "DÇ-2014" üçün 23 nəfərlik yekun heyəti mayın 30-da açıqlanacaq.

Xəbər 803 dəfə oxundu.