Pele yenidən maraqlı fikirləri ilə diqqət mərkəzinə düşüb
Braziliya millisinin canlı əfsanəsi Pele yenidən maraqlı fikirləri ilə diqqət mərkəzinə düşüb.

"A Bola"ya danışan Pele tarixində ilk dəfə Braziliya millisinin müdafiəsinin hücum xəttindən güclü olduğunu bildirib:

"Dieqo Kosta və Tiaqo Alkantara kimi futbolçular Braziliya millisində oynasaydı, yaxşı olardı. Mən onları heyətə daxil edərdim. Biz hər zaman Braziliya millisinin dünyanın ən güclü hücum xəttinə malik komanda olduğunu söyləmişik. Bu il bizim yarımmüdafiə və müdafiə xəttimiz yaxşı təsir bağışlayır. Braziliya tarixində ilk dəfədir ki, yığmanın müdafiəsi hücum xəttindən daha güclüdür".

Xəbər 874 dəfə oxundu.