Favoritlər ilk qələbələrini qazandılar

Voleybolçu qadınlar arasında Azərbaycan çempionatının (2011-2012) Super Liqası start götürüb. idman.com.az xəbər verir ki, bu mövsüm 7 klub qalib adı uğrunda mübarizə aparır. Bunlar «İqtisadçı», «Lokomotiv», «Rabitə», «Bakı», «Azərreyl» və çempionatın debütantları olan «Azəryolservis» və «Lokomotiv-Biləcəri» kollektivləridir. 1-ci turda gözlənilməz nəticələr qeydə alınmayıb və favoritlər ilk qələbələrini qazanıblar:

«Rabitə» – « Lokomotiv-Biləcəri» - 3:0 (25:10, 25:23, 25:10)
«İqtisadçı» – «Azəryolservis» - 3:1 (17:25, 25:21, 25:13, 28:26)
«Lokomotiv» – «Bakı» - 0:3 (19:25, 21:25, 23:25)

Xəbər 988 dəfə oxundu.