Messi: "Heç vaxt İspaniya millisindən təklif gözləməmişəm"
Argentina millisi və "Barselona"nın hücumçusu Lionel Messi maraqlı fikirləri ilə diqqət çəkib.

"Tribal Football"a danışan ulduz futbolçu heç vaxt İspaniya millisindən təklif gözləmədiyini bildirib:

"Heç vaxt İspaniya millisindən təklif gözləməmişəm. Bizim qeyri-rəsmi münasibətlərimiz olub. Hər zaman demişəm ki, öz ölkəmin yığmasında oynamaq istəyirəm. Çünki Argentinanı çox sevirəm. Dünya çempionatında statiktikamı yaxşılaşdırmağa çalışacam. Argentinalı azarkeşləri sevindirmək istəyirəm".

Xəbər 834 dəfə oxundu.