Ulu öndərin xatirəsinə qolf turniri
İyunun 7-də ölkəmizdə ilk dəfə qolf üzrə beynəlxalq turnir keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq bu yarış Quba Milli Qolf Klubunda baş tutacaq.

Tədbirin əsas məqsədi qolf bacarıqlarına malik olan yerli və əcnəbi qolfçular üçün maraqlı və rəqabətli yarış təşkil etmək, eyni zamanda ölkəmiz üçün yeni olan bu idman növünün daha geniş kütləyə çatdırılmasını təmin etmək və Azərbaycanı yeni qolf məkanı kimi dünyaya təqdim etməkdir.

Yarış 18 dəlikli “Mixed Stroke Play” formatında təqdim olunacaq. Turnirdə müxtəlif “handicap” göstəricisinə malik olan həvəskar golfçular iştirak edəcəklər.

Xəbər 1824 dəfə oxundu.