"Bavariya" hücumçusu ilə müqavilə yenilədi
Klaudio Pizarro daha bir il "Bavariya"nın şərəfini qoruyacaq.

35 yaşlı oyunçu Münhen təmsilçisi ilə bu ayın sonu başa çatacaq müqaviləni bir il müddətinə uzadıb.

Perulu futbolçu imzalanma mərasimindən bunları bildirib: "Bir il daha burada oynayacağım üçün qürur hissi keçirirəm. "Bavariya" dünyanın ən böyük klubudur".

Qeyd edək ki, K.Pizarro 2012-ci ildə "Verder"dən "Bavariya" klubuna transfer olunub.

Xəbər 814 dəfə oxundu.