Dieqo Ribasla 3 illik müqavilə imzaladı
Türkiyənin "Fənərbaxça" klubu "Atletiko Madrid"də icarə əsasında oynayan Dieqo Ribasla 3 illik müqavilə imzalayıb. Bu barədə AS qəzeti yazıb. Qəzet qeyd edib ki, Ribas mövsümün sonunda "Volfsburq"la müqaviləsi bitən kimi "Fənərbaxça"nın formasını geyinəcək. Bu braziliyalı Ribasın Avropa arenasındakı 6-cı komandası olacaq.

Xəbər 1102 dəfə oxundu.