Cerrard dünya çempionatında çoxlarını təəccübləndirəcək
İngiltərə yığmasının kapitanı Stiven Cerrard dünya çempionatında çoxlarını təəccübləndirəcəklərini söyləyib: “Mundialda uğurlu çıxış etmək üçün bizim həm istedadımız var, həm də bacarığımız. Azarcıq bəxtimiz də gətirsə, çoxlarını təəccübləndirə bilərik. İlk məqsədimiz İtaliyaya qarşı start oyununda qələbə qazanmaqdır. Əlbəttə, italyanların təcrübəli heyəti var, onlara hörmətlə yanaşırıq, amma qorxmuruq. Bu komandaya qarşı göstərdiyimiz oyunla onları şoka sala bilərik”.

Xəbər 780 dəfə oxundu.