Fabreqas yenidən Londonda
"Barselona"nın futbolçusu Sesk Fabreqas Londona gedib.

Son zamanlar adı "Arsenal"la hallanan oyunçunun bu səfəri transfer iddialarını daha da artırıb.

S.Fabreqas jurnalistlərin ona Londona niyə gəldiyi ilə bağlı verdiyi sualı cavabsız qoyub.

Qeyd edək ki, "Barsa"nın yeni baş məşqçisi Luis Enrikenin S.Fabreqası komandada görmək istəmədiyi və bu səbəbdən onun satılacağı iddia edilir.

Xəbər 891 dəfə oxundu.