Şenol Günəş "Bursaspor"u çalışdıra bilər
Türkiyə milli komandasının sabiq baş məşçisi Şenol Günəş Superliqaya qayıtmağa yaxındır.

Təcrübəli mütəxəssislə "Bursaspor" danışıqlara başlayıb. İlkin razılığa gələn tərəflər bu gün yenidən görüşəcəklər. Baş məşqçi postuna digər namizəd Abdullah Avcıdır.

Qeyd edək ki, hər iki mütəxəssis hazırda işsizdir.

Xəbər 784 dəfə oxundu.