Prandelli yeni müqavilə imzaladı
İtaliya Futbol Federasiyası gələn ay başlanacaq dünya çempionatından sonra müqaviləsi bitəcək baş məşqçisi Çezare Prandelli ilə yeni müqavilə imzalayıb.

Təcrübəli mütəxəssislə sözləşmə iki il müddətinə uzadılıb. Bununla da Prandelli "Avro-2016"da da yığmanın başında olacaq.

Qeyd edək ki, 56 yaşlı Prandelli 2010-ci ildən İtaliya millisini çalışdırır.

Xəbər 841 dəfə oxundu.