"Yenidən "Qızıl buts" mükafatını qazanmaq istəyirəm"
Almaniya millisinin yarımmüdafiəçisi Tomas Müller dünya çempionatındakı hədəfi haqda danışıb.

Təcrübəli futbolçu "goal.com"a açıqlamasında yenidən "Qızıl buts" mükafatına sahib çıxmaq istədiyini bildirib:

"Dünya çempionatında yenidən "Qızıl buts"ya sahib çıxmaq istəyirəm. Bunun real olmadığını bilirəm, ancaq belə bir hədəfim var. Bu məqsədimə çatmaq və komandamın uğuru üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, Müller 2010-cu ildə CAR-da keçirilən dünya çempionatında 5 qolla bombardirlər siyahısında yer almışdı.

Xəbər 850 dəfə oxundu.