La Liqada yeni klub
İspaniya ikinci liqasında mübarizə aparan "Eybar" klubu tarixində ilk dəfə olaraq növbəti mövsümdən La Liqada oynayacaq.

Klub bazar günü "Deportivo Alaves"i məğlub edərək ən azı ikinci pilləni özü üçün təmin edib.

Kiçik heyətə sahib olan "Eybar" ötən mövsüm də ikinci liqaya yüksəlmişdi. Ancaq La Liqada oynamağa vəsiqə qazanan klubun maddi cəhətdən problemləri var. Klubun heç bir borcu olmasa da, cəmi 500 insan tutumuna malik stadionun olması çətinliklər yaradıb.

"Real"ın futbolçuları Xabi Alonso və Asyer İlyaramendi "Eybar"a dəstək olmaq məqsədilə 1.7 milyon avro yığmaq üçün kampaniyaya start veriblər. Avqustun 6-a qədər bu pulların yığılacağı bildirilir.

Xəbər 814 dəfə oxundu.