Kurtua "Atletiko"da qalmaq istəyir
"Atletiko"da icarə əsasında oynayan Tibo Kurtua Madrid klubunda qalmaq istəyir.

Klubun idarə heyətinin üzvü Anxel Gil Marin deyib ki, Çempionlar Liqasında final matçından sonra belçikalı qolkiper baş məşqçi Dieqo Simeoneyə qalmaq istədiyini söyləyib.

Ancaq o, bu barədə son qərarı futbolçunun müqavilə ilə məxsus olduğu "Çelsi"nin verəcəyini bildirib:

"Sadəcə Kurtuanın qərarı bəs etmir. "Çelsi"nin qapıçısı Peter Çex zədələdir və son qərarı London klubu verəcək".

Xəbər 916 dəfə oxundu.