“Barselona” Xuanı transfer etməyi düşünür
“Barselona” klubu yarımmüdafiəçi Xuan Matanı transfer etməyi düşünür.

Kataloniya klubu futbolçunu 2010-cu ildən izləyir. Yeni baş məşqçi Luis Enrike isə 26 yaşlı ispanın keçidində maraqlıdır.

“Barselona” gələcəyi qeyri-müəyyən olan Xavi və Fabreqasın mövqeyini, indidən doldurmağı planlaşdırır.

Xatırladaq ki, Xuan Mata bu qış “Çelsi”dən “Mançester Yunayted”ə, 45 milyon avro məbləğində transfer olunmuşdur.

Xəbər 967 dəfə oxundu.