Almaniya millisində itki
Almaniya millisi gələn ay baş tutacaq dünya çempionatına itki ilə gedəcək.

Yığmanın baş məşqçisi Yoahim Löv futbolçusu Lars Benderin ("Bayer" Leverkuzen) məşqdə zədələndiyini deyib. O, əzələsini dartan 25 yaşlı yarımmüdafiəçinin "DÇ-2014"də oynamayacağını bildirib.

Qeyd edək ki, Bender ilk dəfə 2011-ci ildə Almaniya millisinə dəvət olunub.

Xəbər 795 dəfə oxundu.