"Simurq"dan ilk rəsmi transfer
Növbəti mövsümün transfer çalışmalarına start verən "Simurq" artıq ilk keçidi rəsmiləşdirib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda yarımmüdafiəçi Samir Zərgərovla müqavilə imzalayıb.

27 yaşlı futbolçu mövsümün sonuna qədər Zaqatala təmsilçisinin uğurları üçün çalışacaq. Samir "Simurq"un heyətində "6" nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Samir Zərgərov karyerası ərzində "Standart", "Kəpəz" və "İnter" klublarının formasını geyinib. O, son üç mövsümü "bankirlər"in heyətində keçirdib.

Xəbər 844 dəfə oxundu.