Lui van Qal Toni Kroosun transferində maraqlı deyil
“Mançester Yunayted”in yeni baş məşqçisi Lui van Qal, “Bayern Münhen”in futbolçusu Toni Kroosun transferində maraqlı deyil.

ESPN iddia edir ki, Van Qal başqa oyunçuları transfer etməyi planlaşdırır. Alman futbolçunu “Yunayted”ə keçmiş baş məşqçi Devid Moyes dəvət etmək istəyirdi. Amma, hollandiyalı məşqçi, Kroosa təklif göndərməyəcək.

Buna qədər xəbər verilirdi ki, “Mançester Yunayted” artıq “Bayern Münhen”lə razılıq eldə etmişdi.

Xəbər 1235 dəfə oxundu.