"Braziliyada hər kəs bizdən çempionluq gözləyir"
Braziliya millisinin müdafiəçisi David Luiz komandasının qarşıdakı dünya çempionatında şanslarını dəyərləndirib.

Ölkəsinin mətbuatına danışan "Çelsi"nin futbolçusu Braziliyada hər kəsin onlardan çempionluq gözlədiyini bildirib:

"Dünya kubokunu qazanmalıyıq. Bu baxımdan futbolçuların üzərində böyük təzyiq var. Braziliyada hər kəs bizdən çempionluq gözləyir. Almaniya yığması bir dəfə öz meydanında keçirilən mundialda çempion olubsa, sonuncu dəfə bunu bacarmayıb. Bu statistika İtaliyaya da aiddir. Xalqımız 60 ildir ki, bunu gözləyir. Braziliyada hər kəs futbolu sevir və onlar komandalarının qələbə qazanmasını istəyirlər. İndi növbə bizimdir, çempion olmaq üçün gözəl şansımız var".

Qeyd edək ki, A qrupunda yer alan Braziliya millisi Xorvatiya, Meksika və Kamerun yığmaları mübarizə aparacaq.

Xəbər 876 dəfə oxundu.