Luis Suares məşqdə zədələndi
Uruqvay yığmasının hücumçusu Luis Suares məşqdə zədələnib. Meniskindən xəsarət alan futbolçu əməliyyat olunacaq. Xəbərdə bildirilir ki, Suares özü dünya çempionatına qədər sağalacağına ümid edir. Bu cür əməliyyatlardan sonra adətən futbolçular 4-6 həftə bərpa prosesi keçirlər. Odur ki, Suaresin mundialın qrup mərhələsini buraxmaq ehtimalı böyükdür.

Xəbər 843 dəfə oxundu.