Premyer Liqamızda sonuncu turun ən yaxşıları müəyyənləşdi | |
Azərbaycan Premyer Liqasında sonuncu - 36-cı turun rəmzi komandası açıqlanıb. İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən mövsümün son turunun ən yaxşı on birliyində aşağıda adları çəkilən futbolçular yer alıb. Qapıçı – Pavels Doroşevs ("Neftçi") Müdafiəçilər – Vanderson Skarduelli ("Xəzər Lənkəran"), Tyeqo de Xesus ("Xəzər Lənkəran"), Maksim Medvedev ("Qarabağ"), Tural Cəlilov ("Xəzər Lənkəran") Yarımmüdafiəçilər – Fuad Bayramov ("İnter"), Benjamin Lambot ("Simurq"), Elnur Abdullayev ("Xəzər Lənkəran"), Vüqar Nadirov ("Qarabağ") Hücumçular – Dieqo Madriqal ("İnter"), Ayaz Qasımov (AZAL) Azərbaycan Premyer Liqasının 36-cı turunun ən yaxşı oyunçusu isə “İnter”in futbolçusu Dieqo Madriqal olub. |
|
Xəbər 784 dəfə oxundu. |
|
|