Fənərbaxçadan iki transfer
Fənərbaxça qadın voleybol komandası Qalatasaray Daikindən Lo Bianco və İtalyanın Rebecchi Nordmeccanica komandasından Bosettiyi öz komandasına transfer edib.

İdman.com.az saytının məlumatına görə, artıq klub hər iki voleybolçu ilə müqavilə imzalayıb.
Sarı- göylü klubdan edilən şərhdə, Lo Bianco və Bosettinin transfer edildiyi ifadə edilərək: " Aramıza yeni qatılan qadın voleybolçularımıza uğurlar arzulayırıq."

Qeyd edək ki, 2011-ci ildən bu yana Qalatasaray Daikin formasını geyinən Lo Bianco 3 dəfə Avropa Çempionlar liqasında çempion olmuş, ilin ən yaxşı voleybolçusu seçilib. Keçən mövsüm İtalyanın Rebecchi Nordmeccanica Piacenza komandasında oynayan Bosetti bu mövsüm final ardıcıllığında İtalyanın ən qiymətli oyunçusu seçilib.

Xəbər 880 dəfə oxundu.