Keçən yay Alkantaranın transferinə, Giqqs mane olmuşdu
“Mançester Yunayted”in baş məşqçisinin köməkçisi Rayan Giqqs, keçən yay “Barselona”nın yarımmüdafiəçisi Tiaqo Alkantaranın transferinə qarşı çıxmışdı.

40 yaşlı uelslinin fikri, ispaniyalının transferini müzakirə etmək üçün yığışan məşqçilərin yığıncağında, sonda Alkantaranın transferinin baş tutmamasına səbəb olmuşdu.

Giqqs yeganə məşqçi idi ki, Alkantaranın oyun tərzinin “Mançester Yunayted”ə uyğun gəlmədiyini demişdi.

Xatırladaq ki, sonunda Tiaqo Alkantara, “Bayern Münhen” klubuna transfer olunmuşdu.

Xəbər 887 dəfə oxundu.