Şəhriyar Məmmədyarov İspaniya turnirində

Azərbaycan millisinin aparıcı şahmatçısı Şəhriyar Məmmədyarov dekabrın 28-də San-Sebastyanda startı veriləcək ənənəvi beynəlxalq turnirə dəvət edilib. Mükafat fondu 80000 avro və reytinq-favoriti ukraynalı qrossmeyster Ruslan Ponomaryov olan İspaniya turnirində Şəhriyarla yanaşı, Arkadi Naydiç, Lenyer Dominges, Maksim Vaşe-Laqrav, Viktor Lazniçka, Rüstəm Kasımcanov, Andrey Volokitin, Lyuk van Veli və bu kimi başqa şahmatçılar da mübarizə aparacaq. Reqlamentə görə, turnirin qalibi 20000 avroya sahib çıxacaq.

Xəbər 974 dəfə oxundu.