"Qəbələ" azarkeşsiz qalmayacaq
"Qəbələ" bu gün keçiriləcək Azərbaycan Kubokunun final oyununda azarkeşsiz qalmayacaq. Komandanı dəstəkləmək üçün Qəbələdən Bakıya 20 avtobusluq azarkeş gələcək. Onların sayının 6 min olacağı gözlənilir.

Qeyd edək ki, "Qəbələ" - "Neftçi" qarşılaşması bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Oyun İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.

Xəbər 857 dəfə oxundu.