“Qəbələ”nin karateçisi Rusiyada keçirilmiş turnirdə qızıl medal qazanıb
“Qəbələ” idman klubunun karate bölməsinin və Azərbaycan milli komandasının üzvü Niyazi Əliyev (67 kq) Rusiyanın Novosibirsk şəhərində keçirilən “Uspex” açıq birinciliyində qızıl medal qazanmışdır.

Azərbaycan turnirdə 3 karateçi ilə təmsil olunmuşdur. “Qəbələ”nin idmançısı Rafiz Həsənov da yığmanın heyətində yer almışdır. Klubun digər karateçisi Rafael Ağayev zədə səbəbindən Rusiyaya məşqçi kimi yollanmışdır.


Xəbər 877 dəfə oxundu.