Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb
Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanmışdır.

Cədvəldə dünyanın 151 yığması yer almışdır.Bu komandalardan 103-ü əsas siyahıya daxil edilmişdir. Digər 48 milli isə son 2 ildə kifayət qədər oyun keçirmədiyindən cədvələ şərti olaraq salınmışdı.

Hesabında 1391 xal olan Azərbaycan yığması siyahıda 1 pillə geriləmişdir. Ötən reytinq cədvəlində 9-cu olan millimiz 10-cu pilləyə düşmüşdür. Bu geriləməyə səbəb Yaponiya millisinin irəliləməsi olmuşdur.

Reytinq cədvəlinə 1928 xalla Braziliya millisi başçılıq edir. İspaniya (1915 xal) ikinci, İtaliya kollektivi (1771 xal) isə üçüncü pillədə qərarlaşmışlar.

Xəbər 654 dəfə oxundu.