Lui van Qal Ferqusonla olan münasibətlərindən danışdı
“Mançester Yunayted”in yeni baş məşqçisi Lui van Qal, klubun keçmiş baş məşqçisi Aleks Ferqusonla olan münasibətlərindən danışıb.

“Mən mütləq onunla görüşəcəm və Ferqusonla yeni mövsümə hazırlıq dönəmində söhbətləşəcəm. Bizim yaxşı münasibətlərimiz var və biz əvvəllər görüşmüşük”.

“Mənim vəzifəm, “Mançester Yunayted”i tez bir zamanda ilk pilləyə qaldırmaqdı. Komanda Ferqusonun dövründə lider idi, qayıtmaq lazımdı”.

Xəbər 781 dəfə oxundu.