Evra klubda qala bilər
“Mançester Yunayted”in yeni baş məşqçisi Lui van Qal, Evranın klubda qalmasını istəyir.

İdman.com.az saytı goal.com-a istinadən xəbər verir ki, fransız futbolçu hələ öz gələcəyi ilə bağlı bir qərar verməyib. Van Qal isə Evranın təcrübəsindən istifadə etmək niyyətindədir.

Qeyd edək ki, Van Qal dünən “Mançester Yunayted”lə üç illik müqavilə bağlayıb.

Xəbər 777 dəfə oxundu.