Rusiyadan qızıl medalla
Komanda yarışlarında Avropa çempionu və qitə ikincisi Niyazi Əliyev Rusiyada beynəlxalq yarışın qalibi olub. Novosibirskdə "Успех" idman klubunun açıq çempionatına dəvət alan üç idmançımızdan N. Əliyev avropa və dünya çempionatlarının mükafatçıları ilə dalbadal 4 döyüşünü qələbə ilə başa vurub. Digər idmançılarımız Rafiz Həsənov və Orxan Heydərli isə yaxşı çıxış etmələrinə baxmayaraq turnirdən medalsız dönüblər.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyəti açıq çempionatda məşqçi kimi Rəfael Ağayev təmsil edib.

Xəbər 990 dəfə oxundu.