DÇ-2014: Millimizin oyun təqvimi məlum oldu
Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsində yer aldığı F qrupunda təqvim müəyyənləşib. www.idman.com.az saytı Apasport saytına istinadən xəbər verir ki, Lüksemburqda keçirilən müzakirələrdən sonra millimizin növbəti seçmə mərhələyə öz meydanında başlayacağı məlum olub. Həmin görüşdə komandamız sentyabrın 7-də İsrail yığması ilə qarşılaşacaq.

Millimiz elə stardaca çətin sınaq qarşısında qalıb. Belə ki, İsraillə görüşdən 4 gün sonra Portuqaliya ilə səfər oyununa çıxacağıq. Yığmamız bundan sonra daha 3 matçı səfərdə keçirəcək. Bunlar Rusiya, Şimali İrlandiya və Lüksemburqla görüşlərdir.

Oktyabrda cüt oyundan qaçsaq da, Şimali İrlandiya ilə oyun noyabrın 14-də, yəni FİFA-nın beynəlxalq yoldaşlıq görüşləri üçün nəzərdə tutulan günə salınıb. Millimiz seçmə mərhələyə oktyabrda ruslarla ev matçı ilə yekun vuracaq ki, bu, həmin rəqiblə ilk dəfə - DÇ-2010-da düşdüyümüz zamanı da belə olmuşdu.

AFFA gələn il ölkəmizdə 17 yaşlı qızlardan ibarət dünya çempionatının final mərhələsinin oyunlarını keçirilməsi ilə əlaqədar millimizin 2012-də matçlarının çoxunu səfərdə olmağını istəyirdi. Təqvimə nəzərə salsaq, buna nail olmadığımızı görərik. Hər halda, gələn il cəmi 1 ev oyunumuz var və onda da dünya çempionatı hələ başlamayacaq.

2012-ci il

7 sentyabr
Azərbaycan – İsrail
Lüksemburq – Portuqaliya
Rusiya – Şimali İrlandiya

11 sentyabr
Portuqaliya – Azərbaycan
Şimali İrlandiya – Lüksemburq
İsrail – Rusiya

12 oktyabr
Lüksemburq – İsrail
Rusiya – Portuqaliya

16 oktyabr
Rusiya – Azərbaycan
Portuqaliya – Şimali İrlandiya
İsrail – Lüksemburq

14 noyabr
Şimali İrlandiya – Azərbaycan

2013-cü il

22 mart
Lüksemburq – Azərbaycan
Şimali İrlandiya – Rusiya
İsrail – Portuqaliya

26 mart
Şimali İrlandiya – İsrail
Azərbaycan – Portuqaliya

7 iyun
Azərbaycan – Lüksemburq
Portuqaliya – Rusiya

6 sentyabr
Rusiya – Lüksemburq
Şimali İrlandiya – Portuqaliya
İsrail – Azərbaycan

10 sentyabr
Rusiya – İsrail
Lüksemburq – Şimali İrlandiya

11 oktyabr
Lüksemburq – Rusiya
Azərbaycan – Şimali İrlandiya
Portuqaliya – İsrail

15 oktyabr
Azərbaycan – Rusiya
İsrail – Şimali İrlandiya
Portuqaliya – Lüksemburq

Xəbər 1119 dəfə oxundu.