“An Post Ras”da 2-ci mərhələ
İrlandiyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “An Post Ras” veloyürüşü davam edir. 36 komandanın iştirak etdiyi yarışda “Synergy Baku” komandasının şərəfini Connor McConvey, Daniel Klemme, Markus Eybeger, Yan Sokol və Kristof Şvayzer qoruyur.

Veloyürüşün 159.2 km-dən ibarət dağ mərhələsində komanda üzvlərimizdən ən yaxşı nəticə Markus Eybegerə məxsusdur – o mərhələ qalibi, Yeni Zelandiya milli komandasının üzvü Patrik Bevindən 1 dəqiqə, 57 saniyə geri qalmaqla 4-cü yeri tutub. Xatırladaq ki, yürüşün 150 km-dən ibarət ilk mərhələsində Daniel Klemme finişi liderlə eyni vaxtda keçsə də, fotofinişə əsasən 3-cü olmuşdu.

2 mərhələdən sonra ümumi sıralanmada Markus Eybeger liderdən 1 dəqiqə, 57 saniyə geri qalır və 4-cü mövqedə qərarlaşır. Bu gün keçirilən 3-cü mərhələdə iştirakçılar 154.2 km məsafə qət edəcəklər.

Xəbər 972 dəfə oxundu.