Konte qərarını dəyişdi
"Yuventus"un baş məşqçisi Antonio Konte qərarını dəyişib.

Təcrübəli mütəxəssis bundan əvvəl Turin təmsilçisindən ayrılmağa qərar vermişdi.

"Yuventus" isə rəsmi "Tvitter" səhifəsindən yaydığı məlumatda Kontenin 2014/2015 mövsümündə də klubda qalacağını açıqlayıb.

Qeyd edək ki, 44 yaşlı mütəxssis 2011-ci ildən "Yuventus"u çalışdırır.

Xəbər 1076 dəfə oxundu.