PSJ "Barselona"nın futbolçusunu istəyir
"Barselona"nın müdafiəçisi Daniel Alveş komandada ayrıla bilər.

PSJ klubu braziliyalı futbolçunun xidmətində maraqlıdır.

Paris təmsilçisinin yeni mövsüm üçün transfer planında öndə gələn futbolçulardan biri məhz Alveşdir. PSJ-nin baş məşqçisi Loran Blan yeni mövsümdən təcrübəli müdafiəçini komandasında görmək istəyir. 30 yaşlı futbolçunun da Fransada oynamaq istədiyi bildirilir.

Qeyd edək ki, 2008-ci ildən "Barselona"nın şərəfini qoruyan Alveş keçirdiyi 176 oyunda 14 qola imza atıb.

Xəbər 826 dəfə oxundu.