Lui van Qal: "Mourinyo məni qısqanır"
"Mançester Yunayted"lə rəsmi müqavilə imzalayan Lui van Qal "Çelsi"nin baş məşqçisi Joze Mourinyo barədə açıqlama verib.

"RTL"ə danışan təcrübəli mütəxəssis portuqaliyalı həmkarının onu qısqandığını deyib:

"Mourinyo yeni işim rəsmiləşdikdən sonra mənə ilk mesaj yazan şəxslərdən oldu. "MY"da çalışacağım münasibəti ilə təbrik etdi və məni qısqandığını söylədi".

Qeyd edək ki, "MY" ilə üç illik müqavilə imzalayan Hollandiya millisinin baş məşçqçisi van Qal Braziliyada keçiriləcək dünya çempionatından sonra "qırmızı şeytanlar"ın sükanı arxasına keçəcək.

Xəbər 866 dəfə oxundu.