Millimiz Amerikaya getdi
Azərbaycan milli komandası ölkəni tərk edib. Mayın 28-də San Fransisko şəhərində ABŞ-la üz-üzə gələcək komandamız bu gün səhər saatlarında ölkəmizi tərk edib.

Futbolçu və məşqçi heyəti əvvəlcə Frankfurt şəhərinə uçublar. Millimiz bundan sonra San Fransiskoya yollanacaq.

Qeyd edək ki, Azərbaycan kubokunun finalında iştirak edəcək oyunçular məhz bundan sonra okeanın o tayına gedəcəklər.

Xəbər 1161 dəfə oxundu.