Lam və Noyerin son durumları
"Bavariya"nın zədəli futbolçuları Filipp Lam və Manuel Noyerin son durumları bəlli olub.

Almaniya kubokunun finalında "Borussiya" (Dortmund) ilə final matçında zədələnən hər iki oyunçu tibbi müayinədən keçib. Onların zədələrinin ciddi olmadığı və bu il baş tutacaq dünya çempionatına qədər tam sağalacağı açıqlanıb.

Qeyd edək ki, Noyer və Lam "DÇ-2014" üçün Almaniya millisinin genişləndirilmiş heyətində yer alıb.

Xəbər 800 dəfə oxundu.