Qolden Steytə yeni baş məşqçi təyin edildi
NBA-nın 5 qat çempionu Stiv Kerr Qolden Steyt komandasının baş məşqçisi təyin edilib.İmzalanan 5 illik müqavilənin dəyəri 25 milyon dollardır.
Oyunçu kimi Kerr 3 dəfə Fil Çeksonun rəhbərliyi altında Çikaqoda çempion olub. Bundan sonra isə San Antonioda 2 dəfə çempionluğu bayram edib.Basketbolçu karyerasını başa çatdırdıqdan sonra o , Finiksdə baş menecer və TV-də analitik kimi çalışıb.

Xəbər 772 dəfə oxundu.