Lui van Qal klubla bağladığı üç illik müqavilə haqda fikirlərini bölüşdü
“Mançester Yunayted”in yeni baş məşqçisi Lui van Qal, klubla bağladığı üç illik müqavilə haqda fikirlərini bölüşüb.

“Mən həmişə İngiltərə Premyer Liqasında çalışmaq istəmişəm. “Mançester Yunayted”i, dünyanın ən böyük klubunu çalışdırmaq isə, mənə fəxr etmək üçün səbəb verir”.

“Mən bir dəfə komandamla “Old Trafford”a gəlmişəm. Mən bilirəm ki, ora necə möhtəşəm stadiondu və yerli azarkeşlərin nə qədər futbolu sevirlər və ondan anlayırlar”.

“Klubun böyük ambisiyaları var və eləcə mənim də. Əminəm ki, biz birlikdə böyük uğurlar qazanacayıq”.


Xəbər 769 dəfə oxundu.