Bu gün oyunların təqvimi müzakirə olunacaq

Bu gün Lüksemburqda futbol üzrə dünya çempionatının seçmə mərhələsinin “F” qrupunda keçiriləcək oyunların təqvimi müzakirə olunacaq.
Tədbirdə ğlkəmizdən AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan millisinin baş məşqçisi Berti Foqts iştirak edəcəklər.
Xatırladaq ki, bu qrupda Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya, Azərbaycan və Lüksemburq milli komandaları mübarizə aparacaqlar.

Xəbər 1152 dəfə oxundu.