Azarkeşlər Messini fitə basdılar
"Barselona"nın futbolçusu Lionel Messi "Atletiko" ilə matçda gözlənilməz hadisəylə üzləşib.

Kataloniya klubunun azarkeşləri oyun ərzində uğursuz çıxışı ilə seçilən argentinalı hücumçunu bir neçə dəfə fitə basıb.

"Nou Kamp"da azarkeşlər ilk dəfə Messiyə qarşı belə hərəkət edib. "Barsa" ilə müqaviləni yeniləmək üçün razılığa gələn və ən çox qazanan futbolçu olacaq Messidən gözləntilər çox olsa da, o, qarşılaşma ərzində çox zəif çıxış edib. Bu isə fanatların narazılığına səbəb olub.

Qeyd edək ki, sözügedən oyundan sonra "Barselona" azarkeşləri rəqib komandanın futbolçularını alqışlayaraq Madrid klubunun La Liqanın kubokunu qazanmağa layiq olduğu mesajını veriblər.

Əlavə edək ki, son zamanlar əvvəlki formasından uzaq olan Messinin artıq vurduğu qollar da müzakirə olunmağa başlanıb. Onun cari mövsüm bir çox qolu rəqib qapısından penaltiylə keçiridiyi xüsusi vurğulanır.

Xəbər 845 dəfə oxundu.