Statistik göstəricilər artmaqdadır
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəsmi video kanalı ötən günlərdə yaranmasına baxmayaraq geniş izləyici kütləsi qazanıb. Federasiyanın Media xidməti tərəfindən idarə olunan YouTube videokanalına hər gün yeni daimi izləyicilər qoşulur. Avropa çempionatı ərəfsində isə izlənmə statistikası ən yüksək həddə çatıb.

Hazırda izlənmə sayı 18 minə yaxındır. 27 aprel tarixində yaradılandan 18 gün ərzində bu göstərici yeni bir video kanal üçün yüksək nəticədir. Təbii ki, bu göstərici Azərbaycan karateçilərinin dünyada favoritlərdən olmasından irəli gəlir. Onlara aid hər bir süjet həvəslə izlənilir. Avropa çempionu olan milli komandamızın Türkiyəli rəqib ilə final görüşünün izlənmə sayı isə 5 mini keçib.

Ölkələrin statistikasına gəlincə Azərbaycandan sonrakı ilk üçlüyü İspaniya, Rusiya və Braziliya tutur. Fransa, Əlcəzair, Çili və Birləşmiş Ştatlar da azərbaycan karateçilərinə aid video süjetləri izləməyə həssaslıqla yanaşırlar. Hətta Seyşel adaları və Qvadelupa kimi kiçik ölkələrdən AMKF-in rəsmi video kanalını izləyənlər var.

Təbii ki, qısa zamanda bu göstəricələrə əsasən Avropa çempionatından operativ vizual informasiyaların ötürülməsi təsir göstərdi. Ancaq federasiyanın media xidməti tərəfindən mütəmadi olaraq video müsahibələr və digər süjetlər ictimaiyyətə çatdırılır. Bundan başqa geniş auditoriyanın marağına səbəb ola biləcək daha bir neçə informasiya yeniliyi nəzərdə tutulub.

Baş sponsor Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən yaradılan şərait və nəzərdə tutulan digər layihələrlə planlaşdırılan işlər, Azərbaycan karatesinə diqqəti daha da artıracaqdır. Zaman keçdikcən AMKF və ABB-nin birgə vizual layihələrinin şahidi olacaqsız.

Xəbər 1068 dəfə oxundu.