"İnter"dən iki futbolçu ayrılır
Esteban Kambiasso və Dieqo Milito gələcək mövsümdən İtaliyanın “İnter” klubunun heyətində iştirək etməyəcəklər. Bu barədə “Skuadra Azura”nın idman direktoru Piyero Ausiliyo mətbuata açıqlama verib:

“Heyətdə yenidən qurma işinə başlamışıq. Kambiassə və Milito ilə gələcəklə bağlı söhbət etdik. Hər iki oyunçu yeni mövsümdən komandada olmayacaq”.

Qeyd edək ki, hər iki argentinalının müqaviləsi bu yay sona çatır.

Xəbər 924 dəfə oxundu.