Zaha və Constoun oyunda iştirak edə bilməyəcəklər
“Mançester Yunayted”in iki oyunçusu Zaha və Constoun zədələniblər.

İdman.com.az saytı manutd.ru saytına istinadən xəbər verir ki, bu oyunçular zədə səbəbindən Uelslə oyunda iştirak edə bilmiyəcəklər.

U-21 yığmasının baş məşqçisi Qaret Sautqeyt bildirib ki, bu itgilərin yerini başqa futbolçular dolduracaqlar.

“Zahanın yüngül zədəsi var və ona görə də qərara gəldik ki, risk etmiyək. Onunla cəmi 4 gün məşq eləmişik. O, yalnız bir oyunda iştirak edə bildi. Amma, bizdə Natan Redmond və Tom İns var ki, onu tam əvəzləyə bilərlər.”

Qeyd edək ki, Sem Constoun əlindən, Uilfrid Zaha isə məşq zamanı yüngül zədə alıb.

Xəbər 985 dəfə oxundu.