Cokoviç Rafael Nadalı məğlubiyyətə uğratdı
Romada keçirilən Masters turnirində Novak Cokoviç Rafael Nadalı 3 setdə məğlubiyyətə uğradıb.

İdman.com.az saytının məlumatına görə, bununla da serbiyalı idmançı 3-cü dəfə Roma turnirinin qalibi olub. Karyerasında 19-cu dəfə titul əldə edən idmançı son 6 Masters turnirində 5 dəfə çempion olub.

Xatırladaq ki, Cokoviç Nadalı ardıcıl 4 dəfə məğlubiyyətə uğradıb.

Xəbər 2065 dəfə oxundu.