De Hea yeni müqavilə imzalayacaq
“Mançester Yunayted” De Heanın 2016-cı ilin yayında bitəcək olan müqaviləsini 2018-ci ilə qədər uzatmaq istəyir.

İdman.com.az saytı Daily Star-a istinadən xəbər verir ki, Madrid “Real”ının və “Barselona” klubunun De Heaya olan marağını nəzərə alan rəhbərlik, özlərini ispan klublarının təkliflərindən sığortalamaq üçün, qapıçı ilə indidən danışıqlara başlamaq istəyir.

Qeyd edək ki, keçən mövsümün nəticələrinə görə ispan qapıçı David De Hea həm azarkeşlər, həm də futbolçular tərəfindən ilin ən yaxşısı seçilib.

Xəbər 824 dəfə oxundu.