"Fənərbaxça" beş legionerlə yolları ayırır
Yeni mövsümün hazırlıqlarına başlayan Türkiyənin "Fənərbaxça" klubu artıq bəzi futbolçularla yolları ayırmaq qərarına gəlib.

Çempion komanda ilk növbədə legionerlərlə vidalaşmaq istəyir.

Göndərilən futbolçular isə Kristian Baroni, Samuel Holmen, Miroslav Stok, Miloş Krasiç və Josep Yobodur.

Xatırladaq ki, "Fənərbaxça" artıq ilk transferini də həyata keçirib. "Sarı-lacivərdlilər" "Antalyasspor"un müdafiəçisi Əmrah Başsa ilə razılığa gəlib.

Xəbər 825 dəfə oxundu.