Karateçilərimiz irimiqyaslı turnirlərdə uğurla çıxış ediblər
Karate üzrə Azərbaycan milli komandası Finlandiyada və Qətərdə keçirilmiş irimiqyaslı turnirlərdə uğurla çıxış edib.

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi hər iki yarışın nəticələrini təhlil etmək üçün idmançılarla görüşüb.
Görüşdə federasiyanın prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident İlham Qasımzadə, vitse-prezident Yusif Məmmədov və digərləri idmançılarımızın çıxışını yüksək qiymətləndiriblər.
Federasiya rəhbərliyi ilk dəfə komandalar arasında Avropa çempionu olması münasibətilə millimizi təbrik etmişdir. Bu tarixi uğurun federasiyanın 20 illik yubileyinə ən böyük töhfə olduğunu diqqətə çatdırmışlar. İdmançılara bir daha dopinqlə mübarizəni diqqətdə saxlamaq və zədələrdən qorunmaq kimi vacib məqamlar tövsiyə edilib.

Görüşdə qarşıda duran vəzifələr diqqətə çatdırılmış və cari məsələlər müzakirə olunub.

Tədbirin sonunda federasiyanın fərqlənən üzvlərinə növbəti beynəlxalq dan sertifikatları təqdim olunub. AMKF-nin birinci vitse-prezidenti İ.Qasımzadəyə və hakimlər komitəsinin sədri Cahangir Babayevə 5-ci dan, dəfələrlə dünya və Avropa çempionu Rəfael Ağayevə isə 4-cü dan verilib.

Xəbər 895 dəfə oxundu.