Edvin Van yenidən kluba qayıda bilər
«Маnçester Yunayted»in keçmiş qapıçısı Edvin Van Der Saar məşqçi kimi yenidən kluba qayıda bilər.

Bu mövsüm qapıçılarla Kris Vuds işləyirdi.Lakin Moyesin istefasından sonra onun da gedişi gözlənilir.

Lui Van Qaalın gəlişindən sonra 62 yaşlı mütəxəssis Van Der Saarı da dilə gətirə bilər.

Xatırladaq ki, 2011-ci ildə karyerasını bitirdikdən sonra Ferqyusson Van Der Saara məşqçilik vəzifəsini təklif etmişdi, lakin qapıçı ona rədd cavabı vermişdi. Hazırda Edvin Ayaksın idman direktorudur.

Xəbər 955 dəfə oxundu.